RU

Avtoyuma məntəqəsində ölüm hadisəsi baş veribVİDEO

Bakıda gənc oğlanı avtoyuma məntəqəsində elektrik cərəyanı vuraraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində baş verib.

Avtomobil yuyan zaman 20 yaşlı Sahib Şəbiyev elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Əslən Ağcabədidən olan gənc, ailənin yeganə oğul övladı olub. Mərhumun nəşi doğulduğu rayona aparılıb.

Hadisənin bəzi təfərrüatları da artıq məlumdur. İlkin məlumata görə, Elvini naqili enerji mənbəyinə qoşmağa çalışarkən cərəyan vurub. 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
43
xezerxeber.az

1Источники