RU

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

 “Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

 

Masallıda “Korrupsiya – cəmiyyətin görünməyən düşməni” mövzusunda tədbir keçirilib.
Respublika Prezidentinin 04 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası çərçivəsində keçirilən tədbirdə vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, media nümayəndələri, gənclər və təşkilatçı qurumların əməkdaşları iştirak ediblər.
Tarix-diyarşünaslıq muzeyindəki tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Milli Fəaliyyət Planı, korrupsiyaya qarşı mübarizə, etik davranış qaydaları, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər, etik dilemmalar və onların həlli yolları, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsindən bəhs edib. 
Muzeyin elmi işçisi Dilguşə Məmmədova korrupsiyaya qarşı mübarizənin normativləri, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi, korrupsiyanın qarşısının alınması, hüquqpozmalara görə məsuliyyət və nəticələrinin aradan qaldırılması barədə geniş məruzə edib.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya ilə əlaqədar müraciətlərə baxılmasının xüsusiyyətləri, hüquqpozmalarla bağlı məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericilik barədə danışıb. 
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin rəhbəri Orxan Əliyev, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi, “Azpress.TIMES.info” saytının redaktoru Akif Ağayev, “Din və Qadın Hüquqları” İctimai Birliyinin və Boradigah Bələdiyyəsinin sədri Tünzalə Qardaşova, “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərgiz Muxtarova, “Yeni Baxış 2022” İctimai Nəzarət Təşkilatı İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri Ədalət Məmmədov, “Azinfo.az” saytının baş redaktoru, Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyev çıxışlarında dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, mübarizə tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirakını, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın əhəmiyyətini qeyd ediblər.

Избранный
10
qht.az

1Источники