RU

Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçirildi

Bakıda Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Bu barədə Publika.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında münasibətlərin möhkəm tarixi təməl, mədəni yaxınlıq və iki qardaş xalqın qarşılıqlı hörmətinə əsaslandığını vurğulayıb.

Qeyd olunub ki, dövlət başçılarımız arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma əməkdaşlığın gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirməkdədir. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və humanitar əlaqələr kimi əsas sahələri əhatə edən geniş tərəfdaşlıq gündəliyi mövcuddur.

Türkmənistanla investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib. Bildirilib ki, Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Türkmənistan kapitallı 75 şirkət fəaliyyət göstərir.

Ölkələrimiz enerji üzrə işbirliyinin genişləndirilməsi baxımından böyük potensiala malikdir. Enerjinin ixracı ilə bağlı infrastrukturu inkişaf etmiş Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin müzakirəsinə hazırdır.
Türkmənistanla “Şərq–Qərb” nəqliyyat dəhlizinin canlandırılması və Orta dəhlizin səmərəliyinin artırılması üzrə əməkdaşlıq da xüsusi rol oynayır. Ölkələrimiz arasında tranzit daşımalarının həcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən ilin yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçib.

İki ölkənin ticarət, enerji, sənaye parkları, nəqliyyat, biznes, kənd təsərrüfatı və Ələt azad iqtisadi zonası üzrə tərəfdaşlığının gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

Избранный
60
13
publika.az

10Источники