RU

Rusiya-Ukrayna müharibəsi başlayandan sülhün tərəfdarı olmuşuq - Ərdoğan

BAKI, TurkicWorld

Rusiya-Ukrayna müharibəsində ilk gündən etibarən sülhü müdafiə edən bir siyasət yürütmüşük.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

"Taxıl dəhlizi razılaşması və İstanbul, Antalya kimi şəhərlərimizdə keçirilən görüşlər sülhə olan inamımızın göstəricisidir. 2 iyun tarixində keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci turundan sonra təxminən 7 060 Ukrayna əsgərinin cəsədi təhvil verilmişdir" - deyə, Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu iyunun 2-də İstanbulda baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

İyulun 23-də isə, danışıqların üçüncü raundunda heyətlər arasında danışıqlar təxminən 40 dəqiqə davam edib. Bu müddətdə hər iki tərəf təqdim olunan memorandum layihələrindəki mövqeləri müzakirə edib.

Görüş nəticəsində yalnız hərbi əsirlərin deyil, mülki şəxslərin də dəyişdirilməsi barədə razılıq əldə olunub. Həmçinin, Moskva Ukraynaya daha 3 000 ukraynalı hərbçinin cəsədini təhvil verməyə və cəbhə xəttində yaralı və həlak olanların toplanması üçün qısa müddətli humanitar fasilələrin bərpasına çağırıb.

Medinski bildirib ki, danışıqların dördüncü raunduna dair qərar, əldə olunmuş yeni razılaşmaların yerinə yetirilməsindən sonra veriləcək.

Избранный
19
turkic.world

1Источники