Bakı. Trend:
Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etməkməqsədilə bir sıra abituriyentləri xüsusi gizli texnikiavadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon,naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
Trend xəbərverir ki, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında DövlətTəhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərləmüəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işibaşlanılıb.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzözünün sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərinnəticələrinin ləğv olunması ilə nəticələnib.