RU

Banqkokda silahlı insident, 6 ölü

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Banqkokun Banq Su rayonunda turistlər arasında populyar olan "Or Tor Ko" bazarında silahlı insident yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 5 mühafizəçi həlak olub, 1 nəfər ağır yaralanıb. 

Bundan sonra naməlum cinayətkar intihar edib. Atışma zamanı bazarda olan turistlərdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, Banqkok polisinin komissar müavini Çarin Qopatta cinayətkarın kimliyi və hadisənin motivlərinin araşdırılırdığını bildirib. Qopatta atışmanın Tailand və Kamboca arasında silahlı toqquşma ilə əlaqəli olma ehtimalını inkar etməyib.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
525.az

1Источники