RU

Gecə saatlarında qəfil yolayrıcına girən sürücü qəza təhlükəsi yaratdı 99 OA 077 VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Rizvan Teymurov və Əlif Hacıyev küçələrinin kəsişməsində qayda pozan sürücü avtomobilin videoregiatratoruna düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” adresinə videomaterial göndərib. Hadisə iyulun 27-də gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-OA-077 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydasını pozub. Belə ki, sözügedən sürücü baş yoldan gələn avtomobilə əhəmiyyət vermədən yolayrıcına daxil olub. Nəticədə o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü sürət həddinin aşağı olduğu üçün baş verəcək qəzadan son anda xilas olduğunu qeyd edib. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
avtosfer.az

1Источники