RU

İmamoğlunun magistr diplomu da ləğv edildi

İstanbul Universiteti (İU) İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun magistr dərəcəsini və diplomunu ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.

Açıqlamada qeyd edilir ki, Əkrəm İmamoğlunun bakalavr dərəcəsini pozuntulara görə ləğv edilməsi səbəbilə avtomatik olaraq magistr dərəcəsi də etibarsız elan edib.

Xatırladaq ki, Belə ki, eyni universitet mayda İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomlarını “yoxluq” və “açıq xəta” səbəbi ilə ləğv etmək qərarına gəlib.

Qərardan sonra İmamoğlu sosial media hesabından açıqlama verib.

“İstanbul Universiteti İdarə Heyətinin qərarı qanunsuzdur. Onların belə bir qərar vermək səlahiyyəti yoxdur. Səlahiyyət yalnız Biznesin İdarə Edilməsi Fakültəsi İdarə Heyətindədir. Bu qərarı verənlərin tarix və ədalət qarşısında cavab verəcəkləri günlər yaxındır. Ədalətə, hüquqa, demokratiyaya susamış millətimizin yürüşünü dayandıra bilməyəcəklər”, - o bildirib.

Избранный
44
qafqazinfo.az

1Источники