RU

Deputat Nərimanovda dəmir yolu ətrafında aparılan söküntü barədə: “Hökumət tədbir görəcək”

“Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələrində tikilən evlərin kompensasiya ödənilmədən sökülməsi məsələsindən xəbərdaram. Hazırda dəmir yolu istismarında yeni mərhələyə qədəm qoyduğumuz və müxtəlif istiqamətlər üzrə sürətli qatarlar işə düşdüyü üçün dəmir yolunun yanında yerləşən evlərin ətrafı xüsusi mühafizə olunan ərazi kimi məhdudlaşdırıcı vasitələrlə məhdudlaşdırılıb. Bu səbəbdən bəzi evlərə təcili yardım maşınlarının daxil olması, bəzilərinin ictimai yerlərə çıxışı ilə bağlı müəyyən problemlər var. Hazırda isə təhlükəsizliyin təmin olunması ilə bağlı yenidən müəyyən tədbirlər həyata keçirilir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında 19 saylı Nərimanov birinci seçki dairəsinin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, büdcə müzakirəsi zamanı sözügedən problemi hökümət nümayəndələrinin diqqətinə çatdırıb: “Çıxışım zamanı seçicilərimin vəziyyətini və onların istəklərini çatdırıb, onların mövqeyini ifadə etmişəm. Seçicilərimin evlərinin sənədləşdirilməsi, ya da onlar üçün yeni evlərin tikilməsi məsələsini qaldırmışam. Hökumətimiz imkan daxilində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsələ ilə bağlı müxtəlif tədbirlər görəcək. Kritik vəziyyətdə olan evlərin, zəruri olaraq mütləq köçürülməsi nəzərdə tutulan ailələrin sayı bir o qədər də çox deyil. Ümid edirəm ki, hökumətimiz bu məsələ ilə bağlı lazımi tədbirləri görəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 28 İyul 2025, 16:02   
Избранный
29
1
pravda.az

2Источники