Bu gün günorta saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksi deyilən ərazidə Dövlət Yol Polisinə məxsus avtomobillə “Bolt” taksi şirkətinə məxsus minik avtomobili arasında qəza baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi ilkin məlumata görə, qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Ölən və yaralananların olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır. Məlumat yenilənəcək.
Müəllif: Fatimə Əliyeva