RU

Toyda şadlıq evinin pilləkənindən yıxılan oğlan öldü

Qaxda toyda ehtiyatsızlıqdan xəsarət alan gənc vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 26-sı saat 21 radələrində baş verib.

Zaqatala rayon sakini 2002-ci il təvəllüdlü Orxan Nizami oğlu Qarayev Qax şəhərində yerləşən şadlıq evindəki toy mərasimi zamanı sərxoş vəziyyətdə pilləkəndən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş O.Qarayev bir neçə saat sonra vəfat edib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
71
qafqazinfo.az

1Источники