RU

Konqoda kilsəyə hücum edilib, 40-a yaxın xristian öldürülüb

ADF qruplaşmasının təşkil etdiyi kütləvi qırğın bölgədə qorxu yaradıb...

Konqo Demokratik Respublikasının şərqində yerləşən Komanda qəsəbəsində katolik kilsəsinə silahlı hücum nəticəsində azı 38 nəfər həyatını itirib.

Poliqon xəbər verir, yerli hakimiyyət orqanlarının məlumatına görə, ölənlərin sayı 40-ı keçə bilər. Silahlılar odlu silah və maçetlərdən istifadə edərək ibadət edən dinc sakinlərə hücum ediblər.

Hücumun arxasında “İslam Dövləti” terror təşkilatı ilə əlaqəli “Müttəfiq Demokratik Qüvvələr” (ADF) adlı islamçı silahlı qruplaşmanın durduğu güman edilir. Hüquq müdafiəçisi Kristof Munyanderunun “Reuters”ə verdiyi açıqlamada bildirilir ki, “terrorçular məqsədli şəkildə xristianları hədəf alıblar”.

Hadisə yerindən yayımlanan videolarda yandırılmış evlər və kilsənin döşəməsində uzanan meyitlər görünür. Yerli məmur “Associated Press” agentliyinə bildirib ki, “qurbanların cəsədləri hələ də kilsənin içərisindədir, könüllülər onların kütləvi məzarlıqda dəfn olunması üçün hazırlıq görürlər”.

Hadisədən sonra bölgə sakinləri yeni hücumlar təhlükəsindən qorxduqlarını və orduya müraciət edərək kömək istədiklərini bildiriblər. Radio Okapi-nin məlumatına əsasən, silahlılar kilsə yaxınlığında yerləşən evləri, mağazaları və bir yük maşınını da yandırıblar. Hücumdan sonra həmin ərazilərdə daha bir neçə meyit aşkarlanıb.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники