RU

Ukrayna Azərbaycan qazını ilk dəfə Trans-Balkan marşrutu ilə alacaq

Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edir.

Avtosfer.az xəbər verir ki, bu barədə Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Sergey Koretski bildirib.

"Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edir. SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) qrupunun şirkəti ilə qazın alqı-satqısına dair ilk müqavilə bağlanıb - "SOCAR Energy Ukraine", - deyə o, "Facebook" hesabında yazıb.

Test tədarük Bolqarıstan və Rumıniya marşrutu vasitəsilə həyata keçiriləcək.

Избранный
68
2
avtosfer.az

3Источники