RU

Novxanı çimərliyində iki nəfərin meyiti tapılıb

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 27-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə iki nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.Reyting.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətinin məlumatında deyilir.Məlumata görə, dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
112
26
reyting.az

10Источники