RU

Dünənki konsert üçün Bakıya gəldilər - Foto - Yenilənib

Xəbər verdiyimiz kimi, ötən gün dünyaşöhrətli amerikalı müğənni Castin Timberleyk Bakıda konsert verib. Onun konsertində 25 minə yaxın turistin iştirak etdiyi bildirilir.

“Qafqazinfo”nun məlumatına görə, türkiyəli tanınmış aktrisa Seadet İşıl Aksoy da pop ulduzun konsertində iştirak etmək üçün Bakıya gəlib.

O, Bakı Olimpiya Stadionunda çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşıb.

***

Məşhur türkiyəli aktrisalar Ege Kökenli və Tuba Ünsal da Castin Timberleyk konserti üçün paytaxta təşrif buyurub.

Sənətçilərə azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yoldaşlıq edib.






Избранный
54
2
qafqazinfo.az

8Источники