RU

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

Peşə Təhsili üzrə Dövlət Agentliyi beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulunu elan edir.

 Beynəlxalq mühasibat uçotu ixtisasını seçən tələbələr ACCA (Association of Chartered Certified Accountants) təşkilatının F1, F2 və F3 sertifikatlarını qazanaraq maliyyə və mühasibatlıq sahəsində qlobal karyera imkanlarına yiyələnə biləcəklər.

Operativ Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat verib.

Aşpazlıq ixtisası üzrə təhsil alanlar isə City & Guilds (Səviyyə 1, səviyyə 2) beynəlxalq sertifikatı əldə edərək dünya səviyyəsində tanınan peşəkar aşpaz kimi fəaliyyət göstərə biləcəklər. Eyni zamanda, informasiya texnologiyaları və dizayn sahələrində də beynəlxalq sertifikatlar məzunların əmək bazarında rəqabət üstünlüyünü təmin edəcək.

     Bu proqramlar müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların formalaşdırılması, əmək bazarında yüksək maaşlı işlərə çıxış perspektivləri ilə seçilir. Həmçinin, proqramlara qoşulan tələbələr Təhsil Tələbə Krediti imkanından da yararlana biləcəklər.

     Qeydiyyat prosesi davam edir və gələcəyini müasir peşələrdə qurmaq istəyən şəxslər portal.edu.az  platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Son müraciət tarixi 11 avqust 18:00-dır.

Избранный
17
9
operativmedia.az

10Источники