RU

Kamendatyan: Paşinyan ABŞ-yə Zəngəzurla bağlı Rusiyanın rədd etdiyi şeyi vəd edib

BAKI, 28 iyul. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-yə Rusiyanın qəti şəkildə rədd etdiyi şeyə söz verib”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Qrayr Kamendatyan deyib.

“Bir neçə gün əvvəl Ermənistan baş naziri fəxrlə Mehri (və ya Zəngəzur) dəhlizinin amerikalılara verilməsinin tərəfdarı olduğunu bəyan etmişdi. O, (ABŞ-yə Rusiyanın qəti şəkildə rədd etdiyi bir şeyi vəd edib. Amma Kreml məsələyə birmənalı mövqe bildirəndə isə “müstəqil Ermənistan” bir saniyə ərzində geri çəkildi.

Sonra sirkin ikinci hissəsi başladı: missiyası yuxarıdan gələn başsız sözləri düzəltmək olan (Ermənistan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri) Arman Yeqoyan iddia etdi ki, biz heç vaxt belə söz deməmişik. Amma Armandan cəmi iki gün əvvəl Paşinyan nə demişdi? Baş nazirə qarşı çıxırsınız? Belədirsə, niyə açıq şəkildə ona qarşı çıxmırsınız? Belə deyilsə, niyə xalqa yalan danışırsınız?”, - ekspert qeyd edib.

Kamendatyanın fikrincə, təkzibə baxmayaraq, İrəvan dəhlizə nəzarətin ABŞ-yə verilməsi ilə razılaşıb:

“Artıq hamı başa düşür ki, siz dövlətin yox, bir qurumun qulluqçususunuz. Sizin işiniz yalan danışmaq, çaşdırmaq və diplomatik qalmaqalları ört-basdır etməkdir”.

Избранный
15
teleqraf.com

1Источники