BAKI, 27 iyul. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında rus dilində paylaşım edib.
Teleqraf xəbər verir ki, o, ad çəkmədən oğruların həbs edilməli olduğunu bildirib.
“Oğrular fəvvarələrlə oynamamalıdır, həbsxanada olmalıdır”, - Paşinyan qeyd edib.
Paylaşıma yazılan qeydlərdən məlum olur ki, Ermənistan baş naziri korrupsiya və rüşvətlə özlərinə sərvət toplamış sabiq prezidentlər Serj Sərəkisyan, Robert Köçəryan və digərlərinə eyham vurub.