RU

KİV: Melaniya Tramp ABŞ-nin birinci xanımının vəzifələrinə laqeyd yanaşır

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya onu nadir hallarda ictimai tədbirlərdə müşayiət edir...

Poliqon xəbər verir ki, bu barədə İspaniyanın “El Periodico” qəzeti anonim mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, iyulun 4-də Müstəqillik Günü şənliyində göründükdən sonra Tramp demək olar ki, heç vaxt rəsmi tədbirlərdə görünməyib. Mənbələrə görə, o, əsasən Floridadakı Mar-a-Laqo iqamətgahında və ya Nyu-Yorkdakı mənzillərindədir.

İddia edilir ki, son bir il ərzində Melaniya Tramp rəsmi olaraq tədbirlərə cəmi 14 dəfə qatılıb. Nəşr vurğulayır ki, ekspertlər bunu keçmiş birinci xanımın vəzifələrini yerinə yetirməməsi kimi qiymətləndirirlər.

Poliqon.info 

Избранный
7
4
poliqon.info

10Источники