RU

Qanada meymunçiçəyin virusundan ilk ölüm halı qeydə alınıb

Qanada
Qərbi Afrika ölkələrindən olan Qanada meymunçiçəyi (mpox) virusu səbəbilə ilk ölüm halı qeydə alınıb. 1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Qana Səhiyyə Xidmətinin (GHS) yaydığı məlumatda meymunçiçəyi virusuna yoluxan bir şəxsin həyatını itirdiyi bildirilib.
Rəsmi açıqlamada qeyd olunub ki, may ayından etibarən ölkədə 23 yeni yoluxma faktı aşkarlanıb və ümumi yoluxma sayı 257-yə yüksəlib. Virusun yoluxmuş şəxslərlə yaxın fiziki təmas yolu ilə yayılmağa davam etdiyi vurğulanan məlumatda, vətəndaşlara qoruyucu tədbirlər görmək, xüsusilə də əlləri tez-tez yumaq və yoluxmuş şəxslərlə təmasdan çəkinmək tövsiyə olunub. Qeyd edək ki, Qana hökuməti bu il ilk dəfə 19 may tarixində 4 nəfərdə meymunçiçəyi virusunun aşkarlandığını açıqlamışdı.

Hazırda ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə yüksək risk qrupları üçün vaksinasiya kampaniyası davam etdirilir.

Избранный
16
1
1news.az

2Источники