RU

Polşa Rusiya aviasiyasının fəallığı səbəbindən döyüş təyyarələrini havaya qaldırdı

BAKI, 28 iyul. TELEQRAF

Polşa Ukraynada Rusiya aviasiyasının fəallığı səbəbindən növbətçi qırıcı təyyarələrini havaya qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa ordusunun əməliyyat komandanlığı məlumat yayıb.

Bildirilir ki, Polşa və müttəfiqlərinin növbətçi qırıcı təyyarələri havaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Varşava iddia edir ki, görülən tədbirlər "həssas bölgələr"lə həmsərhəd olan ərazilərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib. Məlumata görə, əməliyyat komandanlığı mövcud vəziyyəti izləməyə davam edir, Polşa ordusunun qüvvə və vasitələri dərhal reaksiya vermək üçün tam hazırlıq vəziyyətindədir.

Избранный
26
teleqraf.com

1Источники