RU

Vaslav Çerninin meneceri futbolçunu Türkiyəyə gətirmək istəyir

ain.az, Fanat portalına istinadən məlumat verir.

Türkiyə Super Liqasında yay transfer pəncərəsinin hərəkətli olduğu bir vaxtda, çexiyalı futbolçu Vaslav Çerninin adı da gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, Almaniyanın “Volfsburq” klubuna məxsus olan 26 yaşlı hücumçunun meneceri futbolçusunun karyerasını Türkiyədə davam etdirməsi üçün danışıqlara başlayıb.

Bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.

İddialara görə, menecer bir neçə Super Liqa klubu ilə ilkin təmas qurub. Məlumata əsasən, xüsusilə "Trabzonspor" və "Beşiktaş" oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, hər iki klub menecer vasitəsilə “Wolfsburg”un transfer şərtləri və futbolçunun şəxsi razılıq tələbləri barədə məlumat toplayır.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
fanat.az

2Источники