Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Monakoda otel qarşısında turistlərin videosunu çəkmək qadağan edilib.
Axşam.az xəbər verir ki, buna səbəb bir müddət əvvəl otel qarşısında yaşlı kişinin gənc qıza yaxınlaşıb avtomobilinə dəvət etdiyi görüntü olub. Sosial şəbəkədə viral olan bu görüntüdən sonra Monakoda otellərin qarşısında belə yazılar qoyulub.
Yazıda qeyd edilib ki, kimsə icazəsiz turistlərin görüntüsünü lentə alsa cərimələnəcək.
Qeyd edək ki, Monako dünyanın ən bahalı bölgəsidir. Milyonçuların istirahət üçün gəldiyi bu ərazi mikrodövlət hesab edilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.