RU

Ukrayna ordusu Zaporojyedə uğurlu hücum əməliyyatı barədə məlumat yayıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində düşmənin diversiya-kəşfiyyat qruplarını mövqelərindən çıxarıb və uğurla irəliləyib.

APA xəbər verir ki, bu barədə məlumat 210-cu ayrı şturm alayının Facebook səhifəsində paylaşılıb.

"Yaxşı planlaşdırılmış hücum əməliyyatları nəticəsində 1-ci şturm batalyonumuz Zaporojye vilayətində irəlilədi. Düşmənin diversiya-kəşfiyyat qruplarını mövqelərindən çıxardıq və daha əvvəl digər bölmələrin uğurla ala bilmədiyi mövqeləri ələ keçirdik", – deyə məlumatda bildirilir.

Hərbçilərin sözlərinə görə, bu uğur yalnızca hərtərəfli planlaşdırılmış və mükəmməl icra olunmuş hücum əməliyyatı sayəsində mümkün olub. Bu barədə belə qeyd edilib:

“Əməliyyat zamanı artilleriyadan və hücumçuları dəstəkləmək üçün dronlardan istifadə edilib. Ən vacibi odur ki, biz bu əraziləri bir nəfər belə itki vermədən azad edə bildik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
2
apa.az

3Источники