Tanınmış niderlandlı müdafiəçi Dik Şneyder 77 yaşında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə “Feyenoord”un mətbuat xidməti məlumat yayıb .
Ölümün səbəbi açıqlanmayıb. Şneyder daha çox 1970-1978-ci illər arasında” Feyenoord”dakı çıxışları ilə tanınır. Rotterdam klubu ilə iki dəfə Niderland çempionluğunu və 1974-cü ildə UEFA Kubokunu qazanıb.