ABŞ Prezidenti Donald Tramp Şotlandiyaya beşgünlük şəxsi səfərini davam etdirir.
Publika.az “Independent”ə istinadla xəbər verir ki, səfərin ikinci günü o, Turnberridə yerləşən özünə məxsus lüks golf kurortunda növbəti dəfə oyuna çıxıb.
Bu gün onun Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşəcəyi gözlənilir. Görüşdə əsas diqqət ABŞ-Avropa İttifaqı ticarət əlaqələrinə yönələcək.