Moskva “ÇSKA”sının qapıçısı İqor Akinfeyev klubun heyətində 800-cü oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Veteran futbolçu üçün yubiley qarşılaşması Rusiya Premyer Liqasının 2-ci turunda “Axmat”a qarşı keçirilən oyun olub. “ÇSKA” həmin görüşdə 2:1 hesablı qələbə qazanıb.
39 yaşlı qolkiper bu 800 oyunda 718 qol buraxıb və 334 matçda qapısını toxunulmaz saxlayıb. Akinfeyev “ÇSKA”nın əsas komandasında debütünü 29 mart 2003-cü ildə, cəmi 16 yaşında olarkən edib. 2004-cü ildən etibarən əsas heyətə daxil olan Akinfeyev, 2008-ci ildən bəri komandanın kapitanıdır.
Akinfeyev Rusiya futbol tarixində ən titullu oyunçulardan biridir. O, altı dəfə Rusiya çempionu, səkkiz dəfə ölkə kuboku və səkkiz dəfə Superkubokun qalibi olub — bu göstəricilərlə ölkə rekordçusudur. Qolkiper həmçinin 2004/2005 mövsümündə “ÇSKA” ilə UEFA Kubokunun qalibi olub.