Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar.
Publika.az xəbər verir ki, hücumlar nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Donetsk vilayət hərbi administrasiyasından verilən məlumata görə, şənbə günü cəbhə xətti boyunca 511 nəfər təxliyə edilib. Onlardan 61-i uşaq olub.