"Neftçi"dən ayrılan Filip Ozobiç "Turan Tovuz"a transfer olub.
Offsideplus.az xəbər verir ki, bölgə klubu xorvatiyalı futbolçu ilə 1+1 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Turan Tovuz" Ozobiçin Azərbaycanda 4-cü klubu olub. O, "Neftçi"dən başqa "Qarabağ" və "Qəbələ"nin də formasını geyinib.
2021-ci ildə Azərbaycan yığmasında da debüt edən təcrübəli futbolçu burada 15 oyunda 1 qol vurmağı bacarıb.