RU

50 yaşında buz üzərinə döndü!

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Detroyt”un sabiq hücumçusu, fevralın 2-də 50 yaşını tamamlayan Todd Bertutsi karyerasını bərpa edib. Kanadalı hokkeyçi Allan Cup Hockey (ACH) liqasında mübarizə aparan “Kembric Hornets” klubu ilə müqavilə bağlayıb. Bertutsi oynamaqla yanaşı, bu komandanın baş məşqçisi də olacaq. O, buz üzərinə dönüşü ilə bağlı danışıb:

“Düşünürəm ki, bu velosiped sürmək kimi bir məşğuliyyətdi – vərdişlər itmir. Əlbəttə, liqada çoxlu gənc və sürətli oyunçu var. Ancaq bu səviyyəyə hörmət edirəm. Yaxşı formadayam. Buz üzərinə sevinc hissi ilə çıxacam və komandama titul qazanmaqda yardım etməyə çalışacam”.

Bertutsi MHL-də keçirdiyi 18 mövsüm ərzində 1159 oyuna çıxıb, 770 (314+456) xal toplayıb. Peşəkar karyerasını 2014-cü ildə bitirib. “Detroyt” ilə yanaşı, “Aylenders”, “Vankuver”, “Florida”, “Anahaym” və “Kalqari” komandalarında da çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
1
icma.az

2Источники