RU

Zelenskinin yerini kim tutacaq?

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Qərbin Vladimir Zelenskini kiminlə əvəz etməyi planlaşdırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, siyasətçinin fikrincə, hakimiyyətə anti-Rusiya ritorikasına sadiq qalacaq şəxs gələcək.

Onun sözlərinə görə, Ukraynanın NATO ölkələri ilə təmsil olunan Qərb müttəfiqləri hakimiyyətdə neytral və obyektiv bir fiqur görmək istəməyəcək. İndiyə qədər media müxtəlif adlar çəkib.

“Yalnız Qərbin kuklaları. Müvafiq olaraq, onların arasında amerikalılar və Qərb kəşfiyyat xidmətləri öz seçimini edəcəklər”, - Azarov qeyd edib.

Избранный
98
2
publika.az

3Источники