İngiltərə Premyer Liqasının son qalibi "Liverpul"un müdafiəçisi Co Qomes zədələnib.
Fanat.Az xəbər verir ki, məlumatı Mersisayd klubunun mətbuat xidməti yayıb.
Axilles vətərindən xəsarət alan 28 yaşlı futbolçu təlim-məşq toplanışı keçdikləri Honq-Konqdan İngiltərəyə qayıdıb.
Qeyd edək ki, Co ötən mövsüm dizindən aldığı zədə səbəbindən 3 ay komandasına kömək edə bilməmişdi.
Nihat