RU

"Qarabağ"dan bir şad, iki bəd xəbər var

"Qarabağ" Çempionlar Liqasına uğurlu start verdi.

Ağdamlılar "Şelburn"a şans tanımadı - 3:0.

"Köhlən atlar" üçün İrlandiya səfəri yaxşı nəticə ilə bərabər, həm də üzücü hadisələrlə yadda qaldı.

Oyun öncəsi son məşqdə Marko Yankoviç sıradan çıxdısa, matçın gedişindən Dani Bolt və Leandro Andrade zədə səbəbindən meydanı erkən tərk etməli oldu.

Üçlüyün son durumu barədə ən son məlumatları əldə etmişik.

Monteneqrolu yarımmüdafiəçinin zədəsi hələ də tam sağalmayıb. Onun "Şelburn"la cavab görüşünü buraxacağı dəqiqdir.

Leandro Andradedən ilkin müayinədən sonra ciddi narahatlıq aşkar olunmayıb. Hazırlıqda iştirak edən braziliyalı Bakıdakı görüşdə də irlandlar önünə çıxacaq.

Ağırları davam edən yeni transfer Boltdan alınan xəbər isə məşqçilər korpusunu məyus edib.

Cinah müdafiəçisinin durumu ciddidir. Dizindən xəsarət alan legioner ən yaxşı halda iki həftədən sonra fərdi məşqlərə başlaya biləcək.

Bu isə o deməkdir ki, Yankoviç kimi o da irlandlarla cavab görüşünü buraxmalı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
24
sportinfo.az

1Источники