RU

 “Yaşatmaq uğrunda” layihəsi çərçivəsində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yeniyetmə qızları Xəzər Media Mərkəzinin qonağı olublar.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan "Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin “Yaşatmaq uğrunda” layihəsi çərçivəsində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin yeniyetmə qızları Xəzər Media Mərkəzinin qonağı olublar. Görüşdə layihənin rəhbəri, müvafiq QHT-nin sədri, tanınmış jurnalist-telesima Günel Gözəlova da iştirak edib.

Mediaturda Uşaq evi sakinlərini televiziya ilə yaxından tanış edən Sosial Media İdarəetmə və Təhlil şobəsinin rəhbəri Həmidi Xədicə onlara "Xəzər TV"də gələcəyin jurnalisti, aparıcısı, fotoqrafı, operatoru, eksperti kimi bütün imkanları yaradıb.

Studiyalar, pərdəarxası baş verənlər, rejissor masasının sirləri, xəbər otağının həyəcanı qızlarımız üçün həm növbəti dəfə canlı təcrübə, həm də gələcəklə bağlı yeni ümid və ilham mənbəyinə çevrilib. "Xəbər ertəsi"nin məşhur simasi Aytən Səfərova ilə görüşdə onlar dəyərli media ekspertindən də qısaca dərs alıblar: "Daim özünüzə güvənin və oxuyun, mütaliə edin. Siz tək deyilsiz, arxanızda böyük bir dövlət dayanıb. O dövlət ki, sizdən əsirgənən qayğı və sevgini sizə verir".

Daha sonra "Təsir dairəsinin" aparıcısı, illərlə Azərbaycan mediasında üzü, imzası ilə tanınan Lalə Azərtaş qızlarla görüşüb. Onlara Televiziyanın rəhbəri, çoxumuzun sevimlisi Murad Dadaşovun salamını çatdırıb. Onun görüşə qatıla bilməməsinin səbəblərini izah edərkən məhz televiziya, media mənsubunun iş yükündən söz açıb. Bu sahəni gözəlləşdirən məqamlardan birinin məhz gərgin, ancaq gözəl nəticələlərlə dolu, tarixdə qalan layihələr, reportajlar, proqramlar olduğunu bildirib: "Bizim sahə özəldir, çünki biz cəmiyyətin bütün üzvləri ilə çalışırıq. Onların üzü, sözü oluruq. Sizsə unutmayın, nə qədər çox üzərinizdə çalışsaz, bir o qədər irəlidə olacaqsız! Mənim üçün dəyərlisiz, çünki uşaq evləri mənim daim baş çəkdiyim məkanlar olub. Sizi sevirik!".

Daha sonra elə görüş günü doğum günü olan Əliyeva Aydanı Xəzər Media Mərkəzi təbrik edib. Məşhur telesima uşaqlarla birgə tort kəsiblər, Uşaq evi sakini Aydanın 17 yaşını birgə qeyd ediblər.

Избранный
21
qht.az

1Источники