RU

Dünyanın ən böyük gəmisində dəhşət: Mübahisə qanla bitdi, dənizə atılaraq...

Dünyanın ən böyük kruiz gəmisi olan "Dənizlər İkonu"nda baş verən dəhşətli hadisə film səhnəsini xatırladır.

Publika.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

Bildirilir ki, Baham adaları sahillərində üzən nəhəng kruiz gəmisində iki ekipaj üzvü arasında mübahisə qanla başa çatıb.

Hadisə iyulun 24-ü Baham adalarının San Salvador adasının sahillərində baş verib. "Royal Caribbean" gəmisində işləyən 35 yaşlı kişinin 28 yaşlı qadına bədəninin yuxarı nahiyəsindən çoxsaylı bıçaq zərbələri vurduğu bildirilir. Xəsarət alan qadına gəminin həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra sağalıb, vəziyyətinin stabil olduğu bildirilir.

Hücum edən şəxs gəmidən tullanaraq qaçmağa cəhd edib. Ekipaj üzvləri adamın yerini müəyyən edib və o, qısa müddət sonra xilasetmə əməliyyatı zamanı sudan çıxarılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb. Ölümün dəqiq səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək.

"Royal Caribbean" rəsmiləri hadisəni "şəxsi mübahisə" kimi qiymətləndirərək, şəxsiyyətləri açıqlanmayan hər iki ekipaj üzvünün Cənubi Afrikalı olduğunu qeyd edib.

Избранный
12
publika.az

1Источники