Selçuk Bayraktar, NEXT Teknofest Sosial platformasında yerli mesajlaşma tətbiqinin artıq hazır olduğunu və istifadə edildiyini açıqlayıb.
Bu barədə News24.az xəbər verir.
İyulun əvvəlində beta versiyası istifadəyə verilən NEXT Teknofest Sosial, qısa müddətdə 250 min istifadəçiyə çataraq, "Sosial Şəbəkə" kateqoriyasında ən çox yüklənən tətbiqlərdən biri olub.
İstifadəçilərin mesajlaşma funksiyası tələblərinə cavab olaraq Bayraktar “O da hazır, istifadə edirik hətta. Yaxındır,” sözlərini paylaşıb.
Xeyrənsə Piriyeva