RU

Azərbaycan Rusiyadan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti üzərinə götürməsini gözləyir

Azərbaycan hesab edir ki, Rusiya "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarədə baş vermiş faciəli hadisəyə görə məsuliyyəti üzərinə götürməlidir.

Yenisabah.az "Berliner Zeitung"-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Ola bilsin ki, ikitərəfli münasibətlərdə anlaşılmazlıq yaranıb və gərginlik artıb. Belə hallar qonşu dövlətlər arasında zaman-zaman baş verir. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası ilə başladı. Hadisə Rusiyanın ərazisində, onun hava məkanında baş verib və biz necə olduğunu bilirik - bu, artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir", - deyə Hikmət Hacıyev vurğulayıb. Toyuqlu pizza

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.


Telegram kanalımız
Избранный
9
yenisabah.az

1Источники