SALYAN, 26 iyul. TELEQRAF
Salyan-Noxudlu kənd yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Salyan şəhər sakini Kərim Gözəlova məxsus “Mercedes” markalı minik avtomobili ilə “Ford Transit” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Ford”un sürücüsü qol nahiyəsindən xəsarət alıb və Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.