RU

Van Persi ''Fənərbaxça'' ilə duel haqda nə dedi?

Məlum olduğu kimi ''Fənərbaxça'' Çempionlar Liqasında 3-cü təsnifat mərhələsində ''Feyenoord'' ilə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, bu dueldə həm də Robin van Persi diqqət mərkəzində olacaq. Çünki Niderland futbolunun tanınmış simalarından olan və hazırda ''Feyenoord''u çalışdıran Van Persi bir dönəm (2015-18) ''Fənər''in şərəfini qoruyub.

Rotterdam nəhəngini o, bu ilin fevralından çalışdırır. Van Persi Niderland mətbuatına bu duel ilə bağlı bunları deyib:
''Çox gözəl bir cütdü. Düzünü desəm, mümkün rəqiblərimiz arasında ''Fənərbaxça''nın olduğunu biləndə məhz onlarla qarşılaşacağımızı hiss etmişdim. Çünki mənim üçün özəl bir klubdu. Təbii ki, qarşıdakı oyunlarda ''Fənərbaxça''nın azarkeşi yox, artıq ''Feyenoord''un baş məşqçisi statusunda olacam. İndi üzərimizə düşən bir əsas iş var. O da mərhələni adlamaqdı''.
Qeyd edək ki, bu cütdə ilk görüş avqustun 5-6-da Rotterdamda, cavab oyunu avqustun 12-13-də İstanbulda keçiriləcək. ''Fənərbaxça''nın 2009-cu ildən bu yana ÇL-in qrup və əsas mərhələsində iştirak etmədiyini xatırladaq.
Избранный
94
1
football-plus.az

2Источники