Son günlər insanlar arasında qripəbənzər xəstəlik yayılıb. Əsasən, qrip, boğaz və mədə-bağırsaq ağrısı ilə müşahidə edilən xəstəlikdən şikayətlənənlərin sayı çoxdur.
MÖVZU İLƏ BAĞLI
Koronavirus geri DÖNÜR? – Son vəziyyətlə bağlı AÇIQLAMA
Bəziləri bunu koronavirusun hər hansı növü olduğunu da istisna etmirlər.
Bəs insanlar arasında yayılan xəstəlik nədir? Koronavirusa yoluxan varmı?
İnfeksionist Mərdan Əliyev Bizim.Media-ya bildirib ki, müraciət edənlərin koronavirus olub-olmadığını müayinə etməyə ehtiyac görmürük:
“Yüngül qızdırma və qripəbənzər əlamətlərlə müraciət edənlər var. Biz onların koronavirus olmasını yoxlamağa, müayinə etməyə ehtiyac görmürük. Çünki həm koronavirusda, həm də digər kəskin respirator virus infeksiyalarında simptomatik müalicə aparılır.
Bunların hamısının müalicəsi eynidir. Bunlar hamısı eyni qrupa, yəni yuxarı tənəffüs yollarının infeksiyaları qrupuna aiddir. Ona görə də müayinəyə göndərmirik. Yəqin ki, içərisində koronaviusa yoluxanlar da var”.
Həkim son bir həftədə bu simptomplarla müraciət edənlərin sayının azaldığını qeyd edib.
Günay Şahmar, Bizim.Media