RU

Şuşada yanğın zamanı mina partlayışları baş verib

Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.

 

Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.

 

Избранный
27
14
sfera.az

10Источники