Azərbaycanın I Liqa təmsilçisi “Şahdağ Qusar” bütün futbolçuları ilə yolları ayırıb.
Bu barədə "Unikal"a klubun mətbuat xidmətindən məlumat verilib.
Futbolçuların hər birinin müqavilələrinə xitam verilib. Yeni mövsümlə əlaqədar hansı qərarların qəbul ediləcəyi barədə isə yaxın günlərdə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, Qusar təmsilçisi ötən il II Liqanın qalibi olub və 2025/2026 mövsümündə I Liqada mübarizə aparmaq hüququ qazanıb.