RU

Qəzza zolağından İsrailə raket atılıb

İsrail Ordusunun mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə raket atıldığını açıqlayıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, raket Qəzza zolağının cənub hissəsindən buraxılıb və sərhədi keçərək yaşayış olmayan əraziyə düşüb.

 

Hadisə nəticəsində insan tələfatı və ya xəsarət qeydə alınmayıb. Rəsmi məlumata görə, raket hücumu zamanı Qəzza sərhədinə yaxın Kissufim kəndi yaxınlığında hava həyəcanı siqnalı işə düşüb.

 

Hazırda İsrail ordusu insidentlə bağlı araşdırma aparır.

 

Fidan Hacızadə

Sfera.az

Избранный
7
sfera.az

1Источники