RU

İrəvan ABŞ-ni bölgəyə gətirir? — "Əgər bu baş versə..."

“İspaniya mediasının yazdığı iddiaların həqiqətə uyğun olub-olmadığını indidən söyləmək çətindir. Bu ehtimallar onun üzərində qurulur ki, ötən ilin avqustunda ABŞ-nin iki hərbi təyyarəsi Ermənistana gəldi və təyyarələrdə ABŞ hərbi kontingentinin olduğu bildirilirdi. Məlumat yayılırdı ki, həmin kontingent məhz Zəngəzur dəhlizində yerləşəcək. Bu xəbər ABŞ və Ermənistan tərəfindən nə təsdiq, nə də təkzib olunmadı”.

Bunu Demokrat.az-a politoloq Oqtay Qasımov deyib. O bildirib ki, hazırda Zəngəzur dəhlizinə nəzarətlə bağlı ABŞ-nin istəyinin olması rəsmi məlumatlardır, Ermənistan tərəfi də bunu təsdiq edib:

“Ermənistan tərəfindən bu nəzarətin ABŞ-yə verilməsi ilə bağlı ziddiyyətli fikirlər səsləndirilir. Belə ki, Paşinyan və XİN nazirinin açıqlamasında bunun mümkünlüyünə eyham vurulur, amma digər tərəfdən Paşinyanın partiyasının üzvü olan deputat açıqlama verir ki, belə razılaşma yoxdur və Ermənistan bu təklifi qəbul etmir. Əgər Ermənistan ABŞ-a bu imkanı tanıyacaqsa, bu, İran və Rusiya ilə münasibətlərə də təsir edəcək”.

Cavidan Mirzəzadə
Demokrat.az
Избранный
12
1
demokrat.az

2Источники