RU

“Barselona” onu 15 milyona satdı

“Barselona”nın hücumçusu Pau Viktor karyerasını Portuqaliyada davam etdirəcək.

Publika.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı futbolçunun “Braqa”ya transfer olunduğunu rəsmən açıqlayıb.

Portuqaliya təmsilçisi isə transferin 12 milyon avroya başa gəldiyini, əlavə 3 milyon avronun isə bonuslar şəklində ödənilə biləcəyini bildirib.

Pau Viktor “Braqa” ilə 2030-cu ilə qədər müqavilə imzalayıb. Müqavilədə futbolçunun 50 milyon avroluq sərbəst qalma məbləği də nəzərdə tutulub.

Избранный
76
publika.az

1Источники