“Barselona” futbolçusu Jul Kunde ilə müqaviləni artırmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Kataloniya klubu fransalı müdafiəçi ilə anlaşıb və tərəflər arasında 5 illik yeni müqavilə imzalanacaq.
Kunde ötən mövsümdə 53 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib. 26 yaşlı müdafiəçi Fransa yığmasının da üzvüdür.