RU

"Politico": Avropalı diplomatlar Trampın hərəkətlərindən narahatdır

BAKI, 26 iyul. TELEQRAF

"Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Prezidenti Donald Tramp arasında Şotlandiyada gözlənilən görüş iki tərəfin ticarət sazişinə yaxınlaşdığını göstərir".

Teleqraf xəbər verir ki, bu fikiləri "Politico" nəşri yazıb.

Qeyd olunub ki, avropalı diplomatlar sazişin tezliklə imzalanmasına çağırış edirlər. Anonim qalmasını istəyən diplomat nəşrə deyib ki, Avropada hamı olduqca gərgindir.

"Diplomatların qarşıdan gələn razılaşma sarıdan narahatlığını Trampın ticarət məsələləri ilə bağlı iş rejimi ilə əlaqələndirilir. Amerika lideri əcnəbi həmkarları ilə təkbətək görüşə üstünlük verir, çünki bu halda onlardan güzəşt qoparmaq daha asandır", - deyə yazıda qeyd olunub.

Trampın fon der Leyenlə görüşü Avropa İttifaqına avqustun 1-dən Amerika tariflərinin kəskin artırılmasından qaçmağa imkan verməyəcəyi bildirilib.

Xatırldaq ki, ABŞ lideri iyulun 25-dən 29-dək Şotlandiyaya qeyri-rəsmi səfərdədir.

Избранный
18
teleqraf.com

1Источники