RU

Tramp Zelenskini vəzifədən uzaqlaşdıracaq? | VİDEO

AzVision.az xəbər verir ki, Yaponiyanın “Shūkan Gendai” nəşrinin yazdığına görə, ən optimist ssenari sentyabrın əvvəlinə Volodimir Zelenski və onun arxasında duran prezident ofisinin rəhbəri Andrey Yermakın vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur.

“Belə ssenari mümkündür. Çünki sentyabrda Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və Ağ Evin rəhbəri Donald Tramp arasında İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək tədbirləri çərçivəsində görüş ehtimalı yüksəkdir”, - qəzet vurğulayır.

Zelenski geri çəkildi| VİDEO
Nəşr qeyd edir ki, bu, baş verərsə, Rusiya ilə Ukrayna arasında münaqişədə gözlənilməz dönüş yaranabilər.

Daha əvvəl “The Spectator” nəşri Ukraynada Ukrayna Milli Antikorrupsiya Bürosuna (UMAB) dəstək məqsədilə həyata keçirilən aksiyaların həm ölkə daxilində, həm də Qərbdə prezident Volodimir Zelenskinin imicinə düzəlməz zərər vura biləcəyini yazmışdı.


Sahil İsgəndərov
AzVision.az
Избранный
23
1
azvision.az

2Источники