RU

NATO Kalininqradı yer üzündən silməyi planlaşdırır - Rusiya

  Şimali Atlantika Alyansı Rusiya Federasiyasının ərazi bütövlüyünü hərbi yolla pozmağa çalışır.

Referans xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Rusiya Prezidentinin köməkçisi, Rusiya Hərbi Dəniz Qüvvəlləri Kollegiyasının sədri Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, NATO-nun planlarını Kalininqrad vilayətinə yönəlmiş təhdidlər də sübut edir.

“Kalininqrad vilayətinə qarşı səsləndirilən təhdidlərin, NATO-ya üzv ölkələrin Rusiya Federasiyasının suverenliyini və ərazi bütövlüyünü hərbi yolla pozmaq niyyətində olduqlarının növbəti sübutu olduğu aydındır”, - deyə Patruşev vurğulayıb.

Qeyd olunur ki, iyulun 17-də ABŞ-ın Avropa və Afrikadakı qoşunlarının komandanı Kristofer Donahyu bildirib ki, Şimali Atlantika Alyansına üzv dövlətlər Kalininqrad vilayətini “yer üzündən silmək” üçün bütün imkanlara malikdirlər. Onun sözlərinə görə, NATO artıq bununla bağlı müvafiq plan da hazırlayıb.

Daha sonra bu məsələyə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib. O, Şimali Atlantika Alyansını düşmən blok adlandırıb və bu vəziyyətin Moskvanı təhlükəsizliyi təmin etmək üçün tədbirlər görməyə məcbur etdiyini vurğulayıb.

Bundan əvvəl Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx NATO tərəfindən səsləndirilən təhdidlərə əhalini cavab cerməyə çağırıb

Избранный
93
50
referans.az

10Источники