RU

Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL

Bakı. Trend:

Ötən həftə açıqlanan məlumatlara görə, Azərbaycan DövlətNeft Fondu (ARDNF) yaranma tarixindən bəri büdcə gəlirləri207,3 milyard ABŞ dolları təşkil edib.

Trend xəbərverir ki, ARDNF ötən il 7,858 milyard manat xalismənfəət əldə edib. Fond ötən il Birləşmiş Ərəb Əmirliklərinəməxsus First Abu Dhabi Bankda 340,34 milyon manat məbləğindəqısamüddətli depozit yerləşdirib.

Ötən ilin sonuna ARDNF qızıl külçələrə investisiyaları 21,003milyard manat, törəmə maliyyə alətlərinə investisiyaları53 min manat, özəl səhm fondlarına investisiyaları3,804 milyard manat, daşınmaz əmlak fondlarınainvestisiyaları 4,564 milyard manat, səhmlərə investisiyaları22,710 milyard manat, istiqrazlara investisiyaları42,583 milyard manat təşkil edib. Fond ikinci rübdə15,8 ton qızıl alıb.

Cari ilin iyun ayının sonuna ARDNF aktivləri 66,5 milyard ABŞdollarına çatıb. Fond bu ilin yanvar-iyun ayları ərzindəAzərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyatakeçirilən hərraclarda 3,718 milyard ABŞ dolları məbləğində vəsaitsatıb. Bu ilin iyulun birinə Fondun investisiya portfelindəistiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 38,9%-əbərabər olub. İnvestisiya portfelinin 31,4%-ni Avropayayatırılan investisiyalar təşkiledib.

Cari ilin iyun ayının sonuna Azərbaycanda mikro sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 3,202milyard manat, orta sahibkarlıq subyektlərinə verilənkreditlərin həcmi 1,930milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB)

Keçən həftə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarıilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faizdəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib. Mərkəzi Bank inflyasiyanıartıra biləcək əsas daxili risk faktorunu açıqlayıb. Məlumata görə, cari ilin ötən dövründə nağdvə qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyutabazarında təklif tələbi üstələyib. AMB bu ilin sonuna neftin bir barelininorta qiymətini isə 68,6dollar səviyyəsində, cari əməliyyatlar balansının (CƏB)profisitini isə 3,6 milyard dollar ətrafında proqnozlaşdırıb.

Azərbaycanın bank sektorunun son göstəriciləri açıqlanıb. Azərbaycanda fəaliyyət göstərən banklarıncəmi aktivləri 56,734 milyard manat olub. Bu ilin yanvar-iyunaylarında bankların xalis mənfəəti 6,1% azalaraq 576,6milyona düşüb. İyun ayının sonunda dövriyyədə olan ödənişkartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq, 20 milyon642 min ədəd təşkil edib. Vaxtı keçmiş kreditlərin məbləği527,4 milyon manat olub. Manatın nominal və real effektivməzənnəsi azalıb. Manatın dövretmə sürəti artıb. İyulun 1-nə Azərbaycanda geniş mənada pulkütləsinin (M3 aqreqatı) həcmi 48,468 milyard manat təşkiledib.

Bunlarla yanaşı, bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının(AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalistələbləri 7,961 milyard manat təşkil edib. Kredittəşkilatlarının (bank və qeyri bank) müddətlər üzrə kreditqoyuluşlarının cəmi məbləği 30,2 milyard manataçatıb. Qarabağ və Şərqi Zəngəzur üzrə kreditqoyuluşlarınınəmanətqoyuluşlarının həcmi artıb. İyulun 1-nə Azərbaycan banklarındafiziki şəxslərin əmanətlərinin həcmi 15,437milyard manat təşkil edib. Azərbaycan iqtisadiyyatına cəmikredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 30,188milyard manat təşkil edib.

Ötən həftə Azərbaycan Mərkəzi Bankı tərəfindən üç nəfər fizikişəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğvedilib.

Mərkəzi Bank real sektorun maliyyə əlçatanlığınıngenişləndirilməsi üzrə yenimaliyyə aləti təqdim edib. Azərbaycan Mərkəzi Bankı (AMB) vəBeynəlxalq Valyuta Fondu (BVF) mövcud əməkdaşlığındərinləşdirilməsini müzakirə edib.

Sığorta sektoru

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb,432,198 milyon manat sığorta ödənişiedilib. Kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları2,518 milyon manat, ödənişlər isə 37 min manat təşkiledib. Qeyri-həyat sığortası üzrə sığorta şirkətlərininyığımları 177,578 milyon manat, ödənişlərin həcmi 54,282 milyonmanat təşkil edib. Əmlak sığortası üzrə sığortaşirkətlərinin yığımları 107 milyon manata, ödənişlər 20,2 milyonmanata çatıb.

Maliyyə Nazirliyi

Cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,804milyard manat, dövlət büdcəsinin xərcləri 17,096 milyard manataçıqlanıb. Hesabat dövründə dövlət büdcəsiningəlirlərinin 7,240 milyard manatı və ya 36,6%-i Dövlət NeftFondundan dövlət büdcəsinə transfertin payınadüşüb. Bu ilin ilk altı ayında dövlət büdcəsinin neft-qazsektoru üzrə daxilolmaları 9,527milyard manat olub. Qeyri neft-qaz sektoru üzrə büdcədaxilolmaları 10,277 milyard manat təşkiledib.

Azərbaycanın daxili dövlət borcunun səviyyəsi cari ilin 1 iyultarixinə 17,177 milyard manat, xarici dövlət borcu 5,011 milyardABŞ dolları təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının 330 milyon manathəcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinəgörə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Renkinqlər

Aktivlərinin həcminə görə Azərbaycan banklarının renkinqi

Bankların öhdəliklərinin həcminə görə renkinqi

Bankların kredit portfelinin həcminə görə renkinqi

Depozit portfelinin həcminə görə bankların renkinqi

Bankların xalis mənfəətinə görə renkinqi

Bankların nizamnamə kapitalına görə renkinqi

Bankların ümumi gəlirlərinin renkinqi

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-iyunayları üzrə renkinqi

Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-iyunayları üzrə renkinqi

Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-iyunayları üzrə renkinqi

Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görəyanvar-iyun ayları üzrə renkinqi

Избранный
26
1
az.trend.az

2Источники